ABŞ-da isti hava altı nəfərin ölümünə səbəb olub


Digərləri 20 İyl 2019 20:33:35 197 0

ABŞ-da isti hava altı nəfərin ölümünə səbəb olub

Anormal isti hava ABŞ-ın müxtəlif ştatlarında ən azı altı nəfərin ölümünə səbəb olub

Bakı. Anormal isti hava ABŞ-ın müxtəlif ştatlarında ən azı altı nəfərin ölümünə səbəb olub. Trend-in məlumatına görə, 4 nəfər Merilenddə, bir nəfər Arizonada, daha bir nəfər də Arkanzas ştatında dünyasını dəyişib. Bundan əlavə, isti hava şəraiti ABŞ-ın orta qərbində və şərq sahillərində 200 milyona qədər insana təsir edə bilər. Bu bölgələrdə həftə sonu temperaturu 32 dərəcədən yuxarı qalxaraq, 37-45 dərəcə kimi hiss edilə bilər.