Pələng yatağa girdi, ailə bayıra qaçdı FOTO


Digərləri 20 İyl 2019 20:02:00 235 0

Pələng yatağa girdi, ailə bayıra qaçdı  FOTO

Hindistanın Assam ştatında tüğyan edən güclü daşqınlara görə Milli parkdan uzaq düşmüş pələng yerli sakinlərdən birinin evindəki yataqda aşkar olunub.

Heyvanı tapan ətraf mühafizə qurumunun işçilərinə əsasən, leysan yağışlardan sonra yolunu azan yırtıcı bir müddət kəndin ərafında dolaşıb.

Belə görünür ki, trassa kənarına çıxan heyvanı fəal yol hərəkəti ürküdüb və o, buradan uzaqlaşmaq üçün yaşayış məntəqəsinə doğru üz tutub.

Evin içində yatmış halda aşkar edilən dişi pələng xüsusi dəhlizlə yenidən təbiətə qaytarılıb.

Cümə axşamı günü onu artıq Milli park yaxınlığında müşahidə ediblər.

Pələng içəri girəndə...


Xəbərə aid fotolar