İran enerji birjasında neft satacaq


Digərləri 20 İyl 2019 19:46:00 256 0

İran enerji birjasında neft satacaq

23 avqustda İran Milli Neft Şirkəti yüngül nefti enerji birjasında satışa çıxaracaq.

Bu barədə İranın Milli Neft Şirkəti məlumat yayıb.

Son.az Trend-ə istinadən bildirir ki, birjada satışa çıxarılacaq 2 milyon barel neftin hər bir barelinin ilkin qiyməti 61,62 dollar olacaq.

İranın Milli Neft Şirkəti bildirir ki, müştərilər alqı-satqıdan sonra 3 ay ərzində yükü təhvil ala bilərlər və yükü İranın Milli Neft Şirkətinin təsdiqlədiyi bölgələrdə təhvil almaq mümkündür.