KOBİA sahibkarların maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir FOTO


Digərləri 20 İyl 2019 18:32:00 249 0

KOBİA sahibkarların maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir  FOTO

İyulun 19-da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə "Mövcud biznesin inkişafı və pul axını" mövzusunda seminar keçirilib.

Son.az bildirir ki, agentlikdən Trend-ə verilən məlumata görə, seminarda sahibkarlar biznes ideyaların gerçəkləşdirilməsi, marketinq strategiyasının qurulması, gəlir və xərclər planının hazırlanması, pul axınının idarə olunması və mövcud biznesin inkişaf etdirilməsinin digər üsulları barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün belə maarifləndirici tədbirlər davam etdiriləcəkdir.


Xəbərə aid fotolar