"4 dəfə bikini geyindim şəklimi çəkmədilər" FOTO


Digərləri 20 İyl 2019 18:04:00 414 0

"4 dəfə bikini geyindim şəklimi çəkmədilər"  FOTO

Türkiyədə yayımlanan "Yasak Elma" serialında Yıldız rolunu canlandıran aktrisa Eda Ece "Anadolu Efes"in basketbolçusu Buğrahan Tuncer ilə Egey dənizi sahillərindəki Çeşmedə istirahət edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, çimərlik geyimində şezlonqlara uzanıb uzun müddət söhbət edən cütlüyün yaşadığı romantik anlar da obyektivlərə tuş gəlmişdi. Cütlük kameraların onları çəkməsinə əhəmiyyət verməyərək öpüşmüşdü.

İstirahətini tamamlayıb İstanbula qayıdan aktrisa Cihangir bölgəsində yenidən jurnalistlərin əhatəsinə düşüb. Eda çimərlik geyimində kök düşdüyü üçün reportyorlara şikayət edib:

"4 dənə bikini geyindim, üşüdüm. Bir dəfə mayo geyinim dedim, onu çəkiblər. Kök düşmüşəm. Dostların mənə heç yazığı gəlməyib. "Kökəldi" deyə xəbərlər çıxıb".


Xəbərə aid fotolar