Etnanın oyanması Siciliyada reysləri ləngitdi


Dünya 20 İyl 2019 17:30:00 190 0

Etnanın oyanması Siciliyada reysləri ləngitdi

İtaliyanın Siciliya adasında Etna vulkanında yaranan aktivlik Kataniya beynəlxalq aeroportunun işində problemlər yaradıb.

Son.az Trend-ə istinadən bildirir ki, artıq iyulun 14-dən vulkanın kraterində oyanma olduğu bildirilir. Hətta lava qatının da yarandığı qeyd edilir.

Bununla belə, daha öncə Geofizika və Vulkanologiya İnstitutunun əməkdaşları durumun çox təhlükəli olmadığını bildirmişdilər, eyni zamanda vulkanın oyanmasının yaxınlıqdakı Kataniya aeroportunun işinə təsir etməyəcəyini də qeyd etmişdilər.

Aeroportda reyslərin ləngiməsi barədə sərnişinlərə xəbərdarlıq edilib.