Parisin ən böyük ticarət mərkəzinə basqın


Dünya 20 İyl 2019 17:37:00 254 0

Parisin ən böyük ticarət mərkəzinə basqın

Maskalı şəxslər Parisin ən böyük "Galeries" ticarət mərkəzinə basqın edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Fransa paytaxtının Lafayett rayonunda yerləşən ticarət mərkəzinin mühafizəçiləri ilə əllərində soyuq silahlar olan quldurlar arasında əlbəyaxa dava düşüb. Mühafizə xidmətinin əməkdaşları quldurları ticarət mərkəzindən qova biliblər. 

Cinayətkarların bir neçə bahalı saatı oğurladıqları bildirilir. Ticarət mərkəzinə dəyən ziyanın məbləği hələ dəqiqləşdirilməyib.

Basqında iştirak edənlərin heç birini yaxalamaq mümkün olmayıb. Paris prokurorluğu insidentlə bağlı təhqiqat aparır.