Qılıncoynadanımız dünya çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib


Digərləri 20 İyl 2019 17:17:12 181 0

Qılıncoynadanımız dünya çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib

Qılıncoynatmanın sablya növü üzrə yığma komandamızın üzvü Anna Başta Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında səkkizdəbir final mərhələsinə yüksəlib.

Bakı. Qılıncoynatmanın sablya növü üzrə yığma komandamızın üzvü Anna Başta Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında səkkizdəbir final mərhələsinə yüksəlib. Trend-in məlumatına görə, A.Başta güclü 16 qadın sablyaçı sırasına yüksəlmək uğrunda görüşdə İtaliya təmsilçisi İren Vecciyə 15:7 hesabı ilə qalib gəlib. Qeyd edək ki, sablyaçımız 1/32 final mərhələsində Almaniya idmançısı Li Krugerdən 15:10 hesabı ilə üstün olub.