“Suriyanın şimalşərqində əsl Quantanamo cəhənnəmi yaradılıb” "Liberation"


Dünya 20 İyl 2019 16:53:00 214 0

“Suriyanın şimalşərqində əsl Quantanamo cəhənnəmi yaradılıb”  "Liberation"

Bu gün Suriyanın şimal-şərqindəki Əl-Hol əsir düşərgəsində 80 min adam yerləşdirilib. Onların çoxu suriyalılar və iraqlılardır. Yerli ərəblər əsas düşərgədə qalırlar. Adi hasarla ayrılan digər bölgədə isə xarici vətəndaşlar saxlanılır. Olduqca pis qorunan bu açıq hava həbsxanasında 11 min qadın və uşaq var. Uşaqların bir çoxunun yaşı 12-dən azdır. Demək olar ki, hər həftə burada yeni körpə dünyaya gəlir.

Son.az musavat.com-a istinadən bildirir ki, bu cümlələr Fransanın "Liberation" qəzetinin yazarı Lük Matyenin məqaləsində yer alıb.

Müəllif Əl-Hol düşərgəsində əvvəllər bu qədər insanın yerləşdirilmədiyini, 2018-ci ilin sonuna qədər burada sadəcə 10 min insanın qaldığını yazır. Lakin cihadçılar əllərində tutuduqları son məntəqə sayılan Əl-Bahquzdan geri çəkildikdən sonra onların hamısı buraya axışıb. Hazırda düşərgədə 50-dən çox millətin nümayəndəsi var və onlar 50 dərəcə istidə yaşamalı olurlar.

"Xəstəliklər, qida çatışmazlığı, sarılmamış yaralar, həkimlərsiz doğumlar...problemlər bir-birnin ardınca əvəz edir. Bir neçə həftə öncə suyun verilməsi hər adam görə 3 litrə qədər azaldılıb. Halbuki sanitar normalar hər nəfərə düşən suyun 50 litr olmasını təəb edir. Epidemik xəstəliklər düşərgədə baş alıb gedir",- Lük Matye qeyd eidb.

Bütün bunlarla bərabər təhlükəsizlik şərlətri də pisləşir. Məhbuslar arasında bıçaqlaşma halları arıtb. Onların ən radikalları "kafir" saydıqları insanların üzərinə hücum edib öldürürlər.