Oğrular öz həmkəndliləri imiş


Kriminal 20 İyl 2019 16:40:00 247 0

Oğrular öz həmkəndliləri imiş

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Son.az-a verilən məlumata görə, Qusar rayonu Gədəzeyxur kənd sakinləri B.Seyidov və İ.Hacəliyev rayon polis şöbəsinə müraciət edərək onlara məxsus 8 baş qoyunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı bildiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin kənd sakinləri, 37 yaşlı Famil Kəlbəliyev, əvvəllər AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşlar 55 yaşlı Allahverdi Nəzərov və 45 yaşlı Mahir Nəcəfov saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Faktlarla əlaqədar Qusar RPŞ-nin TB-də araşdırmalar aparılır.