Kürdəmirdə taksi sürücüsünə 16 bıçaq vuruldu - 34 manata görə (FOTO)


Digərləri 20 İyl 2019 16:33:40 186 0

Kürdəmirdə taksi sürücüsünə 16 bıçaq vuruldu - 34 manata görə (FOTO)

Kürdəmir rayonu ərazisində taksi sürücüsünə qarşı törədilən quldurluq hadisəsinin üstü polis əməkdaşlarının peşəkarlığı sayəsində qısa zamanda açılıb

Bakı. Kürdəmir rayonu ərazisində taksi sürücüsünə qarşı törədilən quldurluq hadisəsinin üstü polis əməkdaşlarının peşəkarlığı sayəsində qısa zamanda açılıb və cinayəti tərədən şəxslərin saxlanılaraq istintaqa təqdim ediliblər. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə zamanı Qaradağ rayon sakini Yaşar Səmədovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin kimi əyləşən 3 nəfər şəxs rayonun Sığırlı kəndi ərazisində ona hücum edərək sürücüyə 16 bıçaq xəsarəti yetiriblər. Sürücü ona hücum edən şəxslər canını qurtaqmaq üçün idarə etdiyi avtomobili yol kənarında quraşdırılan beton arakəsmələrə vurub. Hadisə barədə məlumat daxil olan kimi Kürdəmir Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə təqsirli bilinən Ucar rayon sakinləri Nurlan Cıqqarov, Röyal İbrahimov və Pünhan Quliyev saxlanılıblar. İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər hadisə günü əvvəlcədən qurduqları plana əsasən Bakı-Qazax avtomobil yoluna çıxıblar. Onların məqəsədi isə avtomobil saxlatdıraraq sərnişin kimi əyləşib yolda üzərlərində olan kəsici alətlərlə sürücüyə hücum edib pulunu əldə etmək olub. Hadisə zamanı dəstə üzvləri izi itirmək məqsədi ilə sürücüyə yaşadıqları rayonun ərazisində yox, kənarda hücum edərək quldurluq cinayəti törədiblər.