Lənkəranda sahibkarların görüşü keçirilib (FOTO)


Digərləri 20 İyl 2019 16:04:00 209 0

Lənkəranda sahibkarların görüşü keçirilib (FOTO)

Lənkəran şəhərində bakılı və yerli sahibkarların işgüzar görüşü keçirilib.

Bakı. İyul ayının 19-da Lənkəran şəhərində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun təşəbbüsü və deputat Rüfət Quliyevin təşkilatçılığı ilə bakılı və yerli sahibkarların işgüzar görüşü keçirilib. Trend-in məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə 60-a yaxın sahibkar və KİV nümayəndələri iştirak edib. Görüşü giriş sözü ilə açan Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev son illərdə ölkədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu iqtisadi kursun reallaşmasında kiçik və orta biznesin mühüm rolundan ətraflı bəhs edib, ölkə rəhbərinin bu sahənin inkişafına verdiyi böyük önəmi, ölkədə sahibkarlığın genişlənməsi üçün yaradılan münbit zəmini, qəbul edilən çoxsaylı qərarları xüsusilə vurğulayıb. Lənkəran rayonunda da sahibkarlığın genişlənməsinə xüsusi diqqət yetirildiyini qeyd edən deputat bildirib ki, bugünkü görüşün keçirilməsi Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun kiçik və orta biznesin inkişafına hərsahəli qayğısının bariz faktıdır. Rüfət Quliyev görüşün məqsədini açıqlayaraq nəzərə çatdırıb ki, bura yığışan sahibkarlar geniş fikir mübadiləsi aparıb, bir-birlərinə qarşılıqlı kömək məsələlərini, yeni sahə və filialların yaradılması barədə fikirlərini bölüşməli, qazandıqları uğurlar və rastlaşdıqları çətinlikləri də müzakirə etməlidirlər. Bakıdan təşrif buyurmuş sahibkarların fəaliyyət sahələri barədə məlumat WeClub-un rəhbəri İradə xanım Zeynalova tərəfindən verildikdən sonra qonaqlarla yerli sahibkarların ətraflı tanışlığı baş tutub.