Prezident İlham Əliyev Belçika Kralını təbrik edib


Siyasət 20 İyl 2019 16:00:00 215 0

Prezident İlham Əliyev Belçika Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Əlahəzrət,

Belçikanın milli bayramı münasibətilə Sizi və bütün belçikalıları öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim sülh və rifah arzulayıram".