"Tamamilə dəqiqdir ki, oliqarxlar Trampın rəqiblərinə pul veriblər...”


Dünya 20 İyl 2019 15:13:00 248 0

"Tamamilə dəqiqdir ki, oliqarxlar Trampın rəqiblərinə pul veriblər...”

Rusiya prezidenti Vladimir Putin qalmaqallı amerikalı rejissor Oliver Stouna müsahibə verib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, müsahibədən fraqmentləri "Rossia Today" yayır.

Putin Oliver Stounla söhbətində 2016-cı il Amerika prezident seçkilərinə müdaxilə barədə danışıb. Deyib ki, həmin seçkilərə Rusiya yox, Ukrayna müdaxilə etmişdi.

"Tamamilə dəqiqdir ki, ukraynalı oliqarxlar Trampın opponentlərinə pul veriblər", - Putin deyib.

Rusiya prezidentinin sözlərinə görə, ukraynalı oliqarxlar bundan çıxış edirdilər ki, seçkilərdə Hillari Klinton qalib gələcək və onlar gələcək Amerika prezidentinə öz loyallıqlarını nümayiş etdirmək üçün hər şeyi edirdilər.