Rusiyada “S400” istehsal edən zavod sahibi həbs olundu


Dünya 20 İyl 2019 15:20:00 255 0

Rusiyada “S400” istehsal edən zavod sahibi həbs olundu

Rusiyanın Nijnıy Novqorod şəhərində "VIP-Stroyinjinirinq" şirkətinin rəhbəri Sergey Deqtyarev həbs olunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, "Nijeqorodskiy zavod- Qələbənin 70 illiyi" zavodunun tikintisi zamanı geniş miqyaslı fırıldaqçılıq əməli törətməkdə ittiham edilir. Burada "S-400" və "S-500" hava hücumundan müdafiə sistemlərinin elementləri istehsal edilir.

S. Deqtyarev 8 sentyabra qədər penitensiar müəssisəsində saxlanılacaq.

Qeyd olunur ki, VIP-Stroyinjinirinq" 2013-cü ilin oktyabrında "Nijeqorodskiy zavod- Qələbənin 70 illiyi" zavodunun tikintisi ilə bağlı tenderdə qalib olub. Müqavilənin dəyəri 2 milyard rubldan çox olub.

Nəşr yazır ki, müqavilə şərtlərinə əməl edilməyib. Belə ki, zavod 2016-cı ildə "S-400" zenir-raket sistemləri, "Nebo-M" və "Niobiy" radar komplekslərini istehsal edib.