Zakir Həsənov: "Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır"


Siyasət 20 İyl 2019 15:06:00 55 0

Zakir Həsənov: "Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır"

İyulun 20-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Bu barədə Son.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Müdafiə naziri tədris ilinin sonunadək qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı üzrə məşqlərin direktiv və təlimatlara uyğun daha da səmərəli təşkili, rəhbəredici sənədlərin dərindən öyrənilməsi və tətbiqi, eləcə də Ordumuzda peşəkarlığın artırılmasına yönəlmiş digər tədbirlərin keçirilməsi ilə bağlı fikirlərini müşavirə iştirakçılarına çatdırıb.

Ölkə prezidentinin tapşırığına əsasən bu ilin sonunadək Azərbaycan Ordusunun, xüsusilə cəbhəboyu zonada yerləşən bölmələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bir neçə hərbi obyektin istifadəyə veriləcəyini bildirən general-polkovnik Z.Həsənov gələcəkdə də bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini qeyd edərək, görülən işlərin müasir tələblərə uyğun aparılması ilə əlaqədar vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Qoşunların gizli və fasiləsiz idarə olmasını tələb edən Müdafiə naziri təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması, döyüş hazırlığının daha keyfiyyətli təşkili, ideoloji işin və mənəvi-psixoloji təminatın gücləndirilməsi və digər xidməti məsələlərin həlli ilə bağlı tapşırıqlar verib.

Nazir, həmçinin hava şəraitini nəzərə alaraq şəxsi heyətin sağlamlığına diqqətin artırılması və hərbi hissələrdə yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi barədə də göstəriş verib.

Müşavirənin sonunda Müdafiə naziri sayıqlığın artırılması və təhlükəsizliyin təmin edilməsi, Ermənistan tərəfinin törədə biləcəyi hər bir təxribata hazır olmaq məqsədilə kəşfiyyat fəaliyyətinin gücləndiririlməsi və düşmənə qarşı adekvat cavab tədbirlərinin görülməsi barədə əmr və tələblərini müşavirə iştirakçılarına çatdırıb.

Taran ustası təyyarəçi Stalinə söz verib, amma tutmaq istəməyib like
  • 20 İyl 15:00  
Digərləri Taran ustası təyyarəçi Stalinə söz verib, amma tutmaq istəməyib

Birbaşa öz təyyarəsi, gəmisi, yaxud da zirehli texnikası ilə zərbə vurm

arrow Ətraflı
İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə! like
  • 20 İyl 14:55  
Digərləri İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə!

Üçüncü ixtisas qrupu üzrə imtahan verib, İslamşünaslıq ixtisasına uy

arrow Ətraflı
Taksi sürücüsünə 16 bıçaq zərbəsi vuran quldurlar tutuldular  FOTO like
  • 20 İyl 14:53  
Kriminal Taksi sürücüsünə 16 bıçaq zərbəsi vuran quldurlar tutuldular FOTO

Kürdəmir rayonu ərazisində taksi sürücüsünə qarşı törədilən quldur

arrow Ətraflı
Lukaşenko 6 min məhkumu əfv etdi like
  • 20 İyl 14:47  
Dünya Lukaşenko 6 min məhkumu əfv etdi

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun faşist Almaniyasının işğa

arrow Ətraflı
Hacıqabulda qəza - 3 qadın, 1 kişi xəstəxanalıq oldu like
  • 20 İyl 14:45  
Digərləri Hacıqabulda qəza - 3 qadın, 1 kişi xəstəxanalıq oldu

Bakı-Ələt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Biləsuvar sakini Sumqayıtdan qonaq gəlmiş bibisi oğlunu güllələdi like
  • 20 İyl 14:40  
Kriminal Biləsuvar sakini Sumqayıtdan qonaq gəlmiş bibisi oğlunu güllələdi

Ötən axşam Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.

arrow Ətraflı
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib like
  • 20 İyl 14:30  
Digərləri Prezident İlham Əliyev Belçika Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik m

arrow Ətraflı
3500cü ilə "gedibgələn" qadından sensasion iddia like
  • 20 İyl 14:26  
Dünya 3500cü ilə "gedibgələn" qadından sensasion iddia

3500-cü ildən gəldiyini iddia edən bir qadının dediyi sözlər hər kəsi

arrow Ətraflı
Dünyanın ən zənginlərinin yeni reytinqi like
  • 20 İyl 14:20  
Digərləri Dünyanın ən zənginlərinin yeni reytinqi

"Bloomberg" nəşri dünyanın ən zəngin 500 milyarderinin yeni reyt

arrow Ətraflı
Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə! like
  • 20 İyl 14:17  
Digərləri Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!

Azercell Telekom jurnalistləri bu əlamətdar gün münasibətilə özünəməx

arrow Ətraflı
Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ  VİDEO like
  • 20 İyl 14:13  
Kriminal Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ VİDEO

Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əm

arrow Ətraflı
Bakıda 6 “avtoş” həbs olundu like
  • 20 İyl 14:07  
Digərləri Bakıda 6 “avtoş” həbs olundu

Dünən Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə jurnal

arrow Ətraflı
"Abşeron" yatağında borudüzmə işlərinə başlanılıb (FOTO) like
  • 20 İyl 14:01  
Digərləri "Abşeron" yatağında borudüzmə işlərinə başlanılıb (FOTO)

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondens

arrow Ətraflı