Hacıqabulda qəza - 3 qadın, 1 kişi xəstəxanalıq oldu


Digərləri 20 İyl 2019 14:45:12 222 0

Hacıqabulda qəza - 3 qadın, 1 kişi xəstəxanalıq oldu

Bakı-Ələt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Ceyhun Ələkbərov - Bakı-Ələt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, qəza Hacıqabul ərazisində qeydə alınıb. Minik avtomobili idarəetməni itirərək aşıb. Avtomobildə 3-ü qadın, biri kişi olmaqla 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, hazırda yaralananlar ilkin tibbi yardım alırlar. Onların xəsarətləri hələlik tam bəlli deyil.