Biləsuvar sakini Sumqayıtdan qonaq gəlmiş bibisi oğlunu güllələdi


Kriminal 20 İyl 2019 14:40:00 340 0

Biləsuvar sakini Sumqayıtdan qonaq gəlmiş bibisi oğlunu güllələdi

Ötən axşam Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, rayonun Xırmandalı kənd sakini, 39 yaşlı Elməddin Adil oğlu Zeynalov onlara Sumqayıt şəhərindən qonaq gəlmiş bibisi oğlu Ceyhun Məmmədağa oğlu Məmmədovu ov silahı ilə vuraraq xəsarət yetirib.

Ayağından xəsarət alan Ceyhun Məmmədov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətmiş şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.