"Abşeron" yatağında borudüzmə işlərinə başlanılıb (FOTO)


Digərləri 20 İyl 2019 14:01:22 241 0

"Abşeron" yatağında borudüzmə işlərinə başlanılıb (FOTO)

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında boruların döşənməsi üzrə işlər aparılır.

Bakı. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında boruların döşənməsi üzrə işlər aparılır. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Trend-ə verilən məlumata görə, borudüzmə əməliyyatlarına ASCO-nun “Aura” yedək-təchizat və “Süleyman Vəzirov” borudüzən gəmiləri cəlb olunub. Artıq əməliyyatların birinci mərhələsi yekunlaşıb. Belə ki, “Darvin Bankası” və “Abşeron bankası” arasında 13 299 metrlik boru xətti tam çəkilib. Hazırda gəmilərlə “Abşeron bankası” – “Qərbi Abşeron” arasında boruların döşənməsi prosesi yerinə yetirilir. Bu xəttin uzunluğu 11 600 metrdir. Növbəti mərhələdə isə “Bulla-dəniz” yatağında 2 saylı Qaz Separator Məntəqəsində borudüzmə işləri görüləcək.