Bakıda qadın 40 yaşlı sevgilisinin qanını tökdü


Kriminal 20 İyl 2019 13:52:00 249 0

Bakıda qadın 40 yaşlı sevgilisinin qanını tökdü

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Buzovna qəsəbəsində 1979-cu il təvəllüdlü Vasilyev Aleksey Viktoroviç Fatma adlı tanıdığı qadın tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb.

Məlumata görə, onlar sevgili olublar.

Aralarında yaranan münaqişə sonda qanlı cinayətin baş verməsi ilə nəticələnib.