Bakıda 2-ci animasiya filmləri festivalının beynəlxalq münsiflər heyətinin tərkibi elan edilib


Digərləri 20 İyl 2019 13:52:24 189 0

Bakıda 2-ci animasiya filmləri festivalının beynəlxalq münsiflər heyətinin tərkibi elan edilib

2-ci Bakı Beynəlxalq Animasiya Festivalı təşkilat komitəsi Almaniya, Azərbaycan, Rusiya, İran və Çexiyadan olan peşəkarlardan ibarət münsiflər heyətinin tərkibini elan edib.

Bakı. 2-ci Bakı Beynəlxalq Animasiya Festivalı təşkilat komitəsi Almaniya, Azərbaycan, Rusiya, İran və Çexiyadan olan peşəkarlardan ibarət münsiflər heyətinin tərkibini elan edib. İstedadın dəstəklənməsi və animasiya sənətinin irəlilədilməsi meyarlarına əsaslanaraq, festivalda nominasiyaları iki beynəlxalq tərkibli və bir uşaqlardan ibarət yerli münsiflər heyəti – animasiya filmləri və ssenarilər üzrə heyət dəyərləndirəcək. Bundan əlavə, hər bir tamaşaçı da səs verməklə, animasiya filmlərinin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Səsvermənin yekununda “Tamaşaçı rəğbəti mükafatı” təqdim ediləcək. Beynəlxalq münsiflər heyətinə Azərbaycanın tanınmış rejissor-animatoru Məsud Pənahi başçılıq edəcək. ANİMAFİLM-in təşkilat komitəsinin qərarı ilə festivalda Azərbaycan animasiyasının inkişafına verdiyi töhfəyə görə “Qızıl qayıq” heykəlcik-mükafatı verilməsi nəzərdə tutulub. Münsiflər heyətinin üzvləri, həmçinin müsabiqədənkənar və peşəkar proqramlarda da fəal iştirak edəcəklər. ANİMAFİLM təşkilat komitəsi münsiflər heyətinin hər üç tərkibini təqdim edib: 1) Animasiya filmləri üzrə münsiflər heyətinin üzvləri