Təranə Qumral: "Kürəkənimi istirahətə göndərəcəyəm"


Şou-biznes 20 İyl 2019 12:06:00 264 0

Təranə Qumral: "Kürəkənimi istirahətə göndərəcəyəm"

Son.az xəbər verir ki, müğənni Təranə Qumral ölkə.az-ın suallarını cavablandırıb.

- Təranə xanım, həyat yoldaşınız Musa Musayevin toyda sizə görə adam vurması barədə bir müddət öncə verdiyiniz açıqlama sosial şəbəkədə yenidən müzakirə edilir. Hətta fikirlərinizi kinayə ilə qarşılayanlar da var...

- Köhnə şeyləri, onsuz da, yazırlar. Yəqin ki, bizi çox sevdiklərindəndir. Əslində, belə şeylərə görə heç kimə müzakirə vermirəm. Ona görə də mənim haqqımda məlumat tapmayanda, keçmişi qurdalamağa başlayırlar. Çünki biz mətbuat üçün də, insanlar üçün də maraqlıyıq.

- Deyəsən, istirahətdəsiniz...

- İstirahətdən qayıtmışıq, hazırda işimizə davam edirik, toylarımız var. İstirahətə balaca qızım Sevgim, Musa və mən getmişdik. Çünki sabah nəvəmin sünnət toyudur.

- Hansı nəvənizin?

- Ortancıl qızım Fidanın oğlu Mircavadın toyudur. Həm də beş yaşı tamam olur. 

- Təbrik edirəm. Yəqin ki, nənə kimi böyük hədiyyəniz olacaq.

- Nənə ona toy edir də (gülür). 

- Nənə toyu edib çəkdiyi xərci götürəcək də. Mən hədiyyəni soruşurdum.

- Biz toyda pul yığmırıq. Ümumiyyətlə, toylarımızda nəmər siyahısı olmur.