3 yaşlı qız konfet bilib "ekstazi" uddu


Dünya 20 İyl 2019 12:00:00 219 0

3 yaşlı qız konfet bilib "ekstazi" uddu

Ekstazi həbi udan azyaşlının sağlamlığı təhlükə altındadır.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, bilmədən ekstazi (ecstasy) həbi udan 3 yaşlı qız xəstəxanada ölümlə mübarizə aparır.

Anası və digər iki yaxın qohumu ilə birlikdə İbiza adasında dincələn azyaşlı oyun meydançasında masanın üzərində gördüyü ekstazi həbini şirniyyat bilərək udub.

Halı pisləşən uşaq dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin dediyinə görə, onun vəziyyəti ağır olaraq qalmaqdadır.

Olay Santa Eulaliada baş verib. Əslən rusiyalı olan uşaq iki xəstəxana dəyişsə də həyatı təhlükə altındadır. Onun yaşı 18-dən az olduğuna görə adı mətbuata açıqlanmır.


Xəbərə aid fotolar