Bakı məktəbliləri XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcəklər


Digərləri 20 İyl 2019 11:51:00 174 0

Bakı məktəbliləri XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcəklər

XV Avropa Gənclər Olimpiya Festivalında Bakı məktəbliləri seçilmiş ölkələrlə bağlı təbliğat işləri aparacaqlar.

Bakı. İlhamə İsabalayeva - XV Avropa Gənclər Olimpiya Festivalında Bakı məktəbliləri seçilmiş ölkələrlə bağlı təbliğat işləri aparacaqlar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Bakıda festivalda “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində ümumilikdə 49 ümumi təhsil məktəbi üzrə 800-dən çox şagird və müəllim heyətinin iştirakı nəzərdə tutulub. Seçilmiş məktəblər 22-26 iyul tarixlərində onlara təhkim olunmuş ölkələrin mədəniyyətini, tarixini, incəsənətini və idman ənənələrini ölkəmizdə təbliğ edəcəklər. Bu məqsədlə Bakıda seçilmiş 49 məktəbin 48-i Avropa ölkələrini, 1-i isə Azərbaycanı təmsil edərək öz pavilyonlarını nümayiş etdirəcək. XV Avropa Gənclər Olimpiya Festivalına 50 Avropa ölkəsindən nümayəndə heyətinin qatılması nəzərdə tutulub. Festivalda 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) yarışlar keçiriləcək. Yarışlarda ölkəmizi paytaxt məktəbliləri təmsil edəcək.