Tekstil şirkətləri İstanbulu tərk edir SƏBƏB


Dünya 20 İyl 2019 11:27:00 246 0

Tekstil şirkətləri İstanbulu tərk edir  SƏBƏB

20-dən artıq tekstil şirkəti İstanbulu tərk edərək Diyarbəkirə yerləşir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, Diyarbəkirdə ucuz işçi qüvvəsinin olması ilə əlaqədardır.

Artıq ilin əvvəlindən bu günə kimi 40-dan çox tekstil şirkətinin eyni səbəbdən İstanbulu tərk edərək Diyarbəkir vilayətinə yerləşdiyi qeyd edilir.

Ölkədə bunun iqtisadiyyata mənfi təsir etməyəcəyi bildirilir. Diyarbəkirdə isə iş probleminin həll olunacağı gözlənilir.