Nərimanovda iki ev yanıb


Digərləri 20 İyl 2019 10:01:00 244 0

Nərimanovda iki ev yanıb

Nərimanov rayonunda yanğın hadisəsi baş verib

Bakı. Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 30 m² sahədə və 1 otağının yanar konstruksiyaları 15 m² sahədə, bitişik, ümumi sahəsi 110 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;