Artıq sarı zolaqlar "qüvvədə" - Bu yollarda diqqətli olun! (SİYAHI)


Digərləri 20 İyl 2019 09:51:00 187 0

Artıq sarı zolaqlar "qüvvədə" - Bu yollarda diqqətli olun! (SİYAHI)

Sarı zolaqların tətbiqinə başlanılıb.

Bakı. Samir Əli - Artıq bu gün gecə saatlarından başlayaraq “Baku 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar iyulun 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sarı zolaqların tətbiqinə başlanılıb. Trend-in məlumatına görə, bu müddət boyu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) əməkdaşları gücləndirilmiş iş rejmində xidmət etməklə, yarışların təşkil olunduğu ərazilərdə nəzarəti artıracaq. Qeyd edək ki, İdarə daha öncə sürcülərə müraciət edərək bununla bağlı xəbərdalıq edib: "Ötən dövrlərdə keçirilmiş idman tədbirlərində avtomobillərin hərəkətində sarı rəngli zolaqların tətbiq edilməsinin müsbət nəticələrini nəzərə alaraq, diqqətə çatdırırıq ki, sürücülər festival iştirakçılarının tədbir yerləri istiqamətində bu zolaqlar üzrə təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar.