Azərbaycanlı "qanuni oğru"ya 10 il həbs verildi


Kriminal 20 İyl 2019 09:48:00 217 0

Azərbaycanlı "qanuni oğru"ya 10 il həbs verildi

Belarusun Minsk rayon məhkəməsi azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Rəşad Gəncinski" ləqəbi ilə tanınan Rəşad İsmayılovu 10 il müddətinə azadlıqdan məhrum edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Belarus" xəbər verib.

Xatırladaq ki, o, ötən ilin noyabrında iki yaxın adamı ilə bərabər silah və narkotiklərin qanunsuz dövriyəsinə görə saxlanılmışdı. Onun Minsk şəhərində kirayələdiyi evdə və avtomobildə "Makarov" və "TT" silahları, 14 ədəd güllə, 5,8 qram həşiş aşkarlanmışdı. R. İsmayılovun Rusiyaya məxsus saxta sənədlə sərhədi keçdiyi bildirilmişdi.

İkinci təqsirləndirilən şəxs, İsmayılovun sürücüsü, üzərində tapanca və patronlar tapılan Belarus vətəndaşı 8 il müddətinə, üzərində narkotik tapılan üçüncü şəxs isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Onların adları açıqlanmır.