Bu gün hava dəniz istirahəti üçün əlverişsiz olacaq


Digərləri 20 İyl 2019 09:13:00 209 0

Bu gün hava dəniz istirahəti üçün əlverişsiz olacaq

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında 30-34, Bakıda 31-33 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.