Hər beşinci böyük şirkət bu əməliyyat sistemindən istifadə edir


Digərləri 20 İyl 2019 08:51:00 218 0

Hər beşinci böyük şirkət bu əməliyyat sistemindən istifadə edir

"Windows 7" sisteminin dəstəklənmə müddətinin bitməsinə yarım ildən az qalmasına baxmayaraq, çoxlu sayda şirkət hələ də bu əməliyyat sistemindən istifadəyə davam edir. Müxtəlif ölkələrdə 200-dən çox İT mütəxəssisin rəyini öyrənmiş "Kollective" korporativ proqram təminatı istehsalçısının məlumatları buna sübutdur.

Son.az ICTnews-a istinadən bildirir ki, araşdırma nəticəsində məlum olub ki, təxminən hər beşinci böyük şirkət "Windows 7" sistemindən istifadə edir. Hərçənd həmin şirkətlərin bir çoxu yeni sistemə keçid prosesinə başlayıblar, ancaq bu proses bir neçə il uzana bilər.

"Windows 7" sisteminin uzadılmış dəstəklənməsi ödənişli olacaq və 2023-cü ilin yanvarınadək əlçatan olacaq.

Korporativ lisenziyalı "Windows 7 Professional" və "Windows 7 Enterprise" versiyalarından istifadə edən şirkətlər yeni xidmətdən yararlana biləcəklər.