Ən aktiv zərərverici proqramlar müəyyənləşdirilib


Digərləri 20 İyl 2019 08:55:00 271 0

Ən aktiv zərərverici proqramlar müəyyənləşdirilib

İnformasiya təhlükəsizliyinin təmini üçün həllər istehsalçısı olan "Check Point Software Technologies" ən aktiv kibertəhdidlərə həsr edilmiş yenilənmiş araşdırmasını dərc edib.

Son.az ICTnews-a istinadən bildirir ki, iyunda aşağıdakı zərərverici proqramlar geniş yayılıb: "XMRig", "JSEcoin" və "Cryptoloot". Bu proqramlar hakerlər tərəfindən kriptovalyutanın mayninqi üçün istifadə olunur.

Müdaxilə edilmiş qurğularda "root" girişin əldə edilməsi üçün "Android" əməliyyat sistemindəki boşluqlardan istifadə edən "Lotoor" zərərverici proqramı ən aktiv mobil təhdid olaraq qalır.

"Android Lotoor" üçün modulyar bekdor populyarlığına görə ikincidir, yüklənmiş zərərverici proqramlar üçün super istifadəçi hüququ verir, həmçinin onu sistem proseslərinə tətbiq etməyə kömək edir.