Türkiyədə kütləvi zəhərlənmə baş verib, 56 nəfər xəstəxanaya yerləşdirilib


Digərləri 20 İyl 2019 08:54:00 206 0

Türkiyədə kütləvi zəhərlənmə baş verib, 56 nəfər xəstəxanaya yerləşdirilib

Türkiyənin Ərzincan şəhərində kütləvi zəhərlənmə baş verib

Bakı. Türkiyənin Ərzincan şəhərində kütləvi zəhərlənmə baş verib. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, şəhərin mərkəzində təşkil orduya yollanma mərasimlərindən sonra qonaqlar banketə dəvət edilib. Banket zamanı iştirakçılardan bir neçəsi özünü pis hiss edib. Ümumilikdə xəstəxanaya 21-i uşaq olmaqla 56 nəfər yerləşdirilib.