Britaniya Hörmüz boğazında tankerin saxlanılmasından olduqca narahatdır


Dünya 20 İyl 2019 08:33:00 204 0

Britaniya Hörmüz boğazında tankerin saxlanılmasından olduqca narahatdır

Böyük Britaniya hökuməti Hörmüz boğazında Birləşmiş Krallığın bayrağı altında üzən növbəti tankerin saxlanılmasından olduqca narahatdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant deyib.

C.Hant bildirib: "Mən İran hakimiyyəti tərəfindən Hörmüz boğazında iki tankerin saxlanılmasından olduqca narahatam. Yaxın zamanda mən bizə məlum olanları və gələcək addımlarımızı dəyərləndirmək üçün hökumətin fövqəladə komitəsinin iclasında iştirak edəcəyəm".

Xatırladaq ki, ötən gün İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlayıb. Bildirilib ki, tanker beynəlxalq dəniz hüququnu pozduğuna görə saxlanılıb.