Ər-Riyad ölkədə ABŞ hərbi kontingentini yerləşdirməyə hazırdır


Digərləri 20 İyl 2019 08:28:43 184 0

Ər-Riyad ölkədə ABŞ hərbi kontingentini yerləşdirməyə hazırdır

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud regionda təhlükəsizliyi təmin etmək məqsədi ilə ölkədə ABŞ hərbi kontingentinin yerləşdirilməsinə hazırdır

Bakı. Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud regionda təhlükəsizliyi təmin etmək məqsədi ilə ölkədə ABŞ hərbi kontingentinin yerləşdirilməsinə hazırdır. Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının "SPA" agentliyinin məlumatında deyilir. Məlumatda bildirilir: "Amerika qüvvələrinin krallığın ərazisində yerləşdirilməsi regionda təhlükəsizliyin və sabitliyin, eləcə də sülhün təminatında birgə əməkdaşlığın səviyyəsinin artırılması üçündür".