İran Britaniyayanın neft tankerini saxlayıb


Dünya 20 İyl 2019 08:13:00 228 0

İran Britaniyayanın neft tankerini saxlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, tanker beynəlxalq dəniz hüququnu pozduğuna görə saxlanılıb.

Bildirilir ki, tanker lazımi yoxlamalardan keçmək üçün sahilə çəkilib.

"Reuters" agentliyi öz növbəsində bildirib ki, Böyük Britaniya hökumətinin Fövqəladə Komitəsi "COBRA" nef tankerinin saxlanılmasına dair təcili iclas keçirəcək.