Çində “5G” standartlı ilk səkkiz smartfona keyfiyyət sertifikatı verilib


Digərləri 20 İyl 2019 08:01:00 245 0

Çində “5G” standartlı ilk səkkiz smartfona keyfiyyət sertifikatı verilib

Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk səkkiz smartfon modelinə ölkə bazarına daxil olmağa imkan verən keyfiyyət sertifikatı verilib.

Son.az ICTnews-a istinadən bildirir ki, dörd model, o cümlədən "Mate 20X 5G" və "Mate X 5G" "Huawei" şirkəti tərəfindən təqdim olunub. Digər istehsalçılar - "Oppo", "Vivo", "ZTE" və "One Plus" hər biri bir model üçün olmaqla keyfiyyət sertifikatı alıb.

"Xiaomi", "Samsung" və "Lenovo" kimi şirkətlər ilk sertifikatlaşdırılan modellər sırasına daxil ola bilməyib. "Xiaomi" məhsulun istifadəyə verilməsi planına uyğun olaraq növbəti həftə Milli Sertifikatlaşdırma Mərkəzinə testin keçirilməsi üçün müraciət etməyə hazırlaşır.

Çində smartfonlar ölkə daxilində satışa icazə üçün üç lisenziyaya malik olmalıdır. Məsələn, milli "5G" şəbəkəsinə qoşulmağa imkan verən "China Compulsory Certification" (dövlət icbari sertifikatı) sertifikatının olması tələb olunur.

Hazırda Çində "5G" smartfon istehsalçıları arasında mübarizə kəskinləşib.