Kolumbiyada avtobus dərəyə aşıb, ölənlər və yaralananlar var


Dünya 20 İyl 2019 07:55:00 220 0

Kolumbiyada avtobus dərəyə aşıb, ölənlər və yaralananlar var

Kolumbiyanın Bolivar bələdiyyəsində (Kauka departamenti) sərnişin avtobusu dərəyə aşıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı 3 nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.