Kolumbiyada avtobus dərəyə aşıb, ölənlər və yaralananlar var


Digərləri 20 İyl 2019 05:16:00 235 0

Kolumbiyada avtobus dərəyə aşıb, ölənlər və yaralananlar var

Kolumbiyanın Bolivar bələdiyyəsində (Kauka departamenti) sərnişin avtobusu dərəyə aşıb

Bakı. Kolumbiyanın Bolivar bələdiyyəsində (Kauka departamenti) sərnişin avtobusu dərəyə aşıb. Trend-in "El Tiempo" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 3 nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bildirilir ki, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.