Britaniyanın XİN rəhbəri İranı tankerlərin saxlanılmasının nəticələri barədə xəbərdar edib


Digərləri 20 İyl 2019 03:25:00 198 0

Britaniyanın XİN rəhbəri İranı tankerlərin saxlanılmasının nəticələri barədə xəbərdar edib

İran Hörmüz boğazında saxladığı Böyük Britaniyaya məxsus "Stena Impero" və "Mesdar" tankerlərini azad etməsə ciddi nəticələrlə üzləşəcək

Bakı. İran Hörmüz boğazında saxladığı Böyük Britaniyaya məxsus "Stena Impero" və "Mesdar" tankerlərini azad etməsə ciddi nəticələrlə üzləşəcək. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın XİN rəhbəri Ceremi Hant "Sky News" telekanalına bildirib. C.Hant deyib: "Bu, tamamilə qəbuledilməz vəziyyətdir, naviqasiya azadlığı qorunub saxlanmalıdır. Bir neçə dəqiqədən sonra "COBRA" hökumət komitəsinin fövqəladə iclası keçiriləcək. Bizim cavab məntiqli, lakin qətiyyətli olacaq. Biz tamamilə aydın şəkildə anlatmaq istəyirik ki, əgər bu vəziyyət yaxın zamanda həll olunmasa bu, ciddi fəsadlarla nəticələnəcək".