Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub


Digərləri 19 İyl 2019 23:49:00 215 0

Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub

Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, bu gün Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən, Lənkəran, Neftçala və Şüvəlan sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər (onlardan 1 nəfəri xarici ölkə vətəndaşıdır) xilas olunub.