Dünyanın ən gözəl bayraqlarının siyahısı açıqlanıb


Digərləri 19 İyl 2019 23:20:00 479 0

Dünyanın ən gözəl bayraqlarının siyahısı açıqlanıb

Bayraq İnstitutunun üzvü, ekspert Conni Şarpls dünyanın ən gözəl bayraqlarının siyahısını tərtib edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, siyahıda ilk üçlükdə Papua-Yeni Qvineyanın, Konqo Demokratik Respublikasının və Bosniya və Herseqovinanın bayraqları yer alıb.

Ekspert Bosniya və Herseqovinanın bayrağı ilə bağlı bildirib: "Etiraf edirəm ki, bu ölkənin bayrağının hər iki tərəfindəki göy zolaq kiminsə bayrağı düzgün şəkildə kəsmədiyi təəssüratını yaradır. Lakin bayraqda iki əsas komponent var ki, bu da onu möhtəşəm edir: ulduzlar və diaqonallar. Bununla yanaşı, bayrağın ən yaxşı cəhəti göy və sarı rəng arasında olan təzaddır. Bu, Argentinanın "Boka Xuniors" futbol klubunun geyimini də bu cür nümunəvi edir".


Xəbərə aid fotolar