Fərdi ekskursiyaların üstünlüklərini göstərən beş səbəb


Digərləri 19 İyl 2019 21:50:00 178 0

Fərdi ekskursiyaların üstünlüklərini göstərən beş səbəb

Maraqlı, yaddaqalan tətillər təkcə günəş vannaları, dadlı yeməklər və ya şopinq ilə məhdudlaşmır. Məzuniyyət həm də insanın öz dünyagörüşünü genişləndirmək, yeni biliklər əldə etmək, tarixi, memarlığı, mədəniyyəti, ənənələri öyrənmək, şəhərlərin və ölkələrin bütün çalarlarını hiss etmək fürsətidir.

İnternetə və virtual bələdçilərə etibar edərək məzuniyyət proqramını müstəqil şəkildə tərtib edə bilərsiniz, lakin bu halda bəzi çox mühüm məqamları əldən vermək, geniş reklam edilməmiş, lakin bu səbəbdən daha dəyərli, autentik obyektlərdən yan keçmək riski çox böyükdür. Alternativ variant kimi qrup halında ekskursiyalar var: baxmağınız zəruri olan görməli yerlərin siyahısında mümkün qədər çox "quş qoymaq" arzusunda olanlarla bərabər qısa və uzun məsafələrə qaça bilərsiniz, lakin bu siyahıdakı obyektlərin çoxu darıxdırıcı, şablon və yeknəsəq olur.

Nəhayət, o qədər də aşkar görünməyən, lakin populyarlığı sürətlə artan bir variant da şəxsi gidlərlə birlikdə gəzintilər variantıdır. Onlar bələdçilik etdikləri yerləri hamıdan yaxşı tanıyır və bu sirləri qədirbilənlərlə bölüşməyə hazırdırlar.

Son.az AZƏRTAC-a istinadən fərdi ekskursiyaların üstünlüklərini təqdim edir.

1.Bu, daha effektlidir.

Qrup halında standart ekskursiya zamanı vaxtınızın az qala yarısı nəyə sərf edilir? Heç də görməli yerlərə yox: qiymətli dəqiqələrin, hətta saatların çox hissəsi gözləməyə, növbələrə, hamını bir yerə toplamağa və başqa səmərəsiz məşğələlərə sərf edilir. Üstəlik, turist avtobuslarının şəhər küçələrində dönməsi çətindir, onlar uzun müddət tıxaclarda gözləyir, parklama üçün yer axtarırlar. Bütün bunlar seçim imkanını xeyli məhdudlaşdırır.

Özəl gidlər taym-menecmentin virtuozlarıdır. Onlar əsas məqamları seçir və marşrutu elə tərtib edirlər ki, səyahətçi şəhərlə rahat tanış olsun, heç kəsdən asılı olmasın. Fərdi ekskursiyaların çoxu piyada təşkil edilir, istirahət, ən yaxşı kafe və restoranlarda yemək üçün fasilələr nəzərdə tutulur. Avtomobillə ekskursiyalar zamanı transfer üçün vaxt sərfi minimuma endirilir.

Lisenziyalı gidin müşayiəti ilə dünyanın ən populyar muzeylərinə də növbəsiz düşə bilərsiniz.

2.Belə daha maraqlıdır.

Çox vaxt ekskursiya marşrutlarına çoxdan klişeyə çevrilmiş ən məşhur turist obyektlərini daxil edirlər. Kütləvi şəkildə ekskursiyaya gedəndə mərkəzdən uzaqlaşmaq, döngələrə boylanmaq, rahat kafedə dincəlmək, çoxlarına məlum olmayan, lakin mühüm obyektlərə baxmaq imkanı olmur.

Özəl ekskursiyalar isə təfsilatlar ətrafında qurulur, naməlum obyektlərlə tanış olmaq üçün nadir fürsət yaradır. Şəxsi gidin müşayiəti ilə mümkün olmayan heç nə yoxdur. Hətta ən üstün sayılan yerlər də fərdi qaydada təqdim edildikdə və müvafiq materialı dərindən bildikdə yeni, gözlənilməz cəhətlər üzə çıxır.

Şəhərdə gidin müşayiəti ilə gəzinti A məntəqəsindən B məntəqəsinə marafona yox, fasiləsiz söhbətə, həm görməli yerlərdə, həm də oraya gedən yolda sual və cavablar, dəqiqləşdirmələr və təfsilatlar, gid ilə daimi əlaqə formasında canlı söhbətə oxşayır.