Azərbaycanda toyda kütləvi zəhərlənmə


Digərləri 19 İyl 2019 21:59:00 214 0

Azərbaycanda toyda kütləvi zəhərlənmə

Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, zəhərlənməyə toy zamanı istifadə edilən pirotexniki vasitə səbəb olub.

Nəticədə 10-dan çox şəxsin zəhərləndiyi bildirilir. Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Hazırda Şirvan rayon Polis İdarəsinin əməkdaşları hadisə yerindədir. Sözügedən restorana təcili tibbi yardım maşınları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.