370 qramlıq körpə ölümdirim mübarizəsindən qalib çıxdı ÖLKƏSİNDƏ İLK UŞAQDIR


Digərləri 19 İyl 2019 21:45:00 232 0

370 qramlıq körpə ölümdirim mübarizəsindən qalib çıxdı  ÖLKƏSİNDƏ İLK UŞAQDIR

Çinin qansu əyalətində 370 qramlıq körpə dünyaya gəlib. Erkən doğum əlamətləri ilə 200 gün intensiv müalicəyə baxmayaraq, uşaq aşağı çəki ilə doğulub. Son.az medicina.az-a istinadən bildirir ki, körpə qız 100 gün öncə dünyaya gözlərini açıb. Xəstəxanada mütəmadi müalicə və müayinələrlə nəzarət altında saxlanılıb. Həkimlərin sözlərinə görə, bu çəkidə uşaq ilk dəfə doğulub.

Beynəlxalq tibb  statistikasının məlumatlarına görə, dünyada 400 qramdan az çəkisi olan uşaqlardan heç biri Çində doğulmayıb. Dünyada bu çəkidən aşağı olan 216 körpə var. Ən az çəkili isə ABŞ-ın San-Dieqo şəhərində dünyaya gəlib. Hazırda dünyaya az çəkili gələn uşaqlardan sadəcə 55 faizi yaşaya bilir. Doğuş zamanı 500 qramdan az olan körpələrin yaşaması isə nadir haldır.


Xəbərə aid foto