İki dişli uşaq dünyaya gəldi 3 min doğuşdan birində olur VİDEO


Digərləri 19 İyl 2019 21:14:00 224 0

İki dişli uşaq dünyaya gəldi  3 min doğuşdan birində olur  VİDEO

Körpələrin bir və ya bir neçə dişlə doğulması nadir hallardan biridir. Adətən uşaqlarda ilk dişlər 6-7 aylığında çıxır. Bəzən 4-5 aylığında diş çıxması halları da olur. Əgər uşaqlar dişlə doğulursa və ya 30 gün müddətində dişləri çıxırsa, bu dişlər natal və neonatal dişlər adlanır. Belə hallara qız uşaqlarında daha çox rast gəlinir.  

Son.az medicina.az-a istinadən bildirir ki, İstanbulda yaşayan Özlem ve Görkem Yücer cütlüyünün də iki dişli övladı dünyaya gəlib. Maraqlı vəziyyət hər kəsi təəccübləndirib. Ginekoloq Dr. Meriç Çağrı Ağır bu faktın 3 min doğuşdan bir rastlandığını deyib. Həkimin sözlərinə görə, dişlərin cərrahi müdaxilə ilə çıxarılması lazımdır. İkinci övladları olan Dənfənin alt çənəsində iki dişinin olduğunu deyən həkimlər valideynləri təəəcübləndirib. İlkin olaraq həkimlərin zarafat etdiyini düşünən ailə daha sonra reallıqla üz-üzə qalıb.

Ananın sözlərinə görə bunu yuxusunda görüb.

"Uşağın dişlərini görənə kimi inanmırdım. Təəəcübləndim və biraz da qorxdum. Amma həkimlər qorxulu heç nəyin omadığını dedilər. Tezliklə körpəmiz dişlərindən azad olub normal uşaq kimi olacaq. Doğuşdan əvvəl buna bənzər qəribə yuxu görmüşdüm".

"Dişli uşaq dediklərində inadçı mənasında başa düşülür" deyən körpənin atası da ilk eşidəndə bu gərçəyə inanmayıb.    "Dəfnə bizim üçün xüsusi uşaqdır. Doğulması ilə hər kəsi təəcübləndirdi. Bizim üçün balacamızın sağlamlığı hər şeydən vacibdir. Amma sağlamlığı üçün dişlərinin çəkilməsini istəyirik. Ümid edirəm, süd dişlərinin çıxmasında hər hansı maneə olmaz. İnşallah, həyatı boyu şanslı uşaq olar". Doğuşu reallaşdıran həkimin sözlərinə görə, tibb elmində bu duruma natal diş adı verilib.   Ginekoloq uşaqların dişlə doğulması faktına belə açıqlama verib: "Əslində. çox sıx-sıx rastlanan vəziyyət deyil. İkinci dəfədir ki, belə hadisə ilə üz-üzəyəm. Dünya statistikasına əsasən 3 min yenidoğulmuş körpədə rastlanan durumdur. Gələcəkdə ciddi problem yaratmaz. Amma süd dişinin çıxmasında, süd əmmə və ümumilikdə qidalanma ilə bağlı problem yarada bilər. Ona görə dişlərin çıxardılması zəruri addımdır".   Həkim onu da əlavə edib ki, uşağın dişləri yenidən çıxacaq, qorxmağa ehtiyac yoxdur.    Onun sözlərinə görə, uşaqların dişlə doğulmasının səbəbi hələ ki, elmə tam dəqiqliyi ilə məlum deyil: "Dişlərin mayası hamiləliyin ilk aylarında formalaşır. Buna görə də ananın orqanizmində olan vitaminlər və mikroelementlərin miqdarı, ananın həyat tərzi və qidalanması bu növ halların yaranması ilə bilavasitə bağlıdır".   Dişlə doğulmağın xəstəlik olmadığını deyən mütəxəssis onun qanda kalsium artıqlığı və genetik amillərlə bağlı olduğunu deyir.

Eyni zamanda, anadangəlmə dişlərin bəzi fəsadları da ola bilər:    - Ana uşağa süd verən zaman süd vəzisinin zədələnməsi və nəticədə infeksiya düşməsi, bəzən isə iltihablaşması;