Qartal turistlərin gözləri qarşısında diri ilanı parçaparça etdi VİDEO


Digərləri 19 İyl 2019 21:09:00 304 0

Qartal turistlərin gözləri qarşısında diri ilanı parçaparça etdi  VİDEO

Cənubi Afrikada Krüqer milli parkını ziyarət edən turistlər qartalın diri gürzəni parça-parça etməsinin şahidi olublar.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin görüntülər Yutubda "Kruger Sightings" kanalında yerləşdirilib.

Videonun müəllifi Qrem Mitçlinin sözlərinə görə, yolda sürünən ilanı görən qartal dərhal yerə enib. O, gürzəni diri-diri yeməyə başlayıb. Nəticədə ilanı iki yerə bölən qartal sonra uçub gedib.

mSon.az