Ərdoğanı təhqir edən müğənniyə 11 ay həbs cəzası verildi


Dünya 19 İyl 2019 20:20:00 229 0

Ərdoğanı təhqir edən müğənniyə 11 ay həbs cəzası verildi

Türkiyənin tanınmış müğənni və aktrisası Zuhal Olcaya həbs cəzası verilib.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə günahlandırılır.

Sənətçi İstanbulda səhnəyə çıxdığı məkanların birində "Boş ver dünyayı" adlı mahnının sözlərini dəyişərək "Rəcəb Təyyib Erdoğan, həpsi boş, həpsi yalan. Bir gün həyat bitecek, görəcəksin bir rüya" kimi oxuyub. Hətta bu sözləri səsləndirərkən əl hərəkəti ilə də prezidenti təhqir edib.

İstanbul 16-cı Cəza Məhkəməsi müğənniyə verilmiş və daha sonra təxirə salınmış 11 ay 20 gün həbs cəzasını qüvvədə saxlayıb.

Xatırladaq ki, 5 avqust 2016-cı ildə bir şəxs polisə zəng edərək müğənni Zuhal Olcayın Kadıköydə məkanların birində çıxışı zamanı prezidentə əli ilə qeyri-etik hərəkət edərək, onu təhqir etdiyi ilə bağlı məlumat verib. Bu şikayətdən sonra məlumat araşdırılaraq öz təsdiqini tapıb. Zuhal Olcay haqqında "prezidentə birbaşa təhqir" maddəsi ilə 2 aydan 4 il 8 aya kimi həbs cəzası tələb edilmişdi.