Yasmal polisi reyd keçirdi: 45 avtomobil saxlanıldı - SƏBƏB (FOTO)


Digərləri 19 İyl 2019 20:16:00 240 0

Yasmal polisi reyd keçirdi: 45 avtomobil saxlanıldı - SƏBƏB (FOTO)

Yasamal rayon Polis İdarəsnin Dövlət Yol Polis Şöbəsi ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib.

Bakı. Samir Əli - Bu gün Yasamal rayon Polis İdarəsnin Dövlət Yol Polis Şöbəsi ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib. Trend-in əməkdaşının iştirak etdiyi profilaktik tədbirdə Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yollarda piyadaların müəyyən olunmamış ərazilərdən keçməsi, ödənilməyən cəriməsi olan və yol hərəkəti qaydalarını pozan sürücülər aşkarlanıb. Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis baş leytenantı Rauf Fətəliyev bildirib ki, gün ərzində keçirilən tədbir nəticəsində ödənilməmiş cəriməsi olan 45 avtomobil müəyyən edilərək saxlanılıb: "Həmin avtomobillərdən 19 sürücü cəriməni yerində ödədiyi üçün buraxılıb. Qalan sürücülərə xəbərdarlıq edilib. Bundan başqa, gün ərzində 16 sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılıb. 3 sürücüyə inzibati qaydada protokol tərtib edilib, 13 sürücüyə isə maarifləndirici xəbərdarlıq edilib.