ABŞda həbsdə olan türkiyəli bankir azad edildi


Dünya 19 İyl 2019 20:00:00 269 0

ABŞda həbsdə olan türkiyəli bankir azad edildi

Birləşmiş Ştatların İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozduğuna görə ABŞ-da həbsdə olan türkiyəli bankir Məhmət Hakan Atilla iyulun 19-da azad edilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Türkiyənin ən böyük maliyyə qurumlarından biri olan "Halk  Bank"ın sabiq direktor müavini ABŞ-dakı Miqrasiya Departamentinə gətirilib və buradan İstanbula göndəriləcək.

Hakan Atilla 2018-ci ilin mayında Nyu-Yorkun Manhetten məhkəməsinin qərarı ilə İrandan alınan neft və qazın satışından əldə edilən maliyyə vəsaitinin qanunsuz köçürülməsində təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib. Rəsmi Ankara bu məsələ ilə bağlı dəfələrlə Vaşinqtona müraciət edib və bildirib ki, sözügedən cinayət işi Türkiyə-ABŞ münasibətlərinə ciddi zərər verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Hakan Atilla üzərində məhkəmə prosesini Ankaraya təzyiq vasitəsi kimi qiymətləndirib.