"Tyanqun2" kosmik laboratoriyası orbiti tərk edib


Digərləri 19 İyl 2019 19:34:00 209 0

"Tyanqun2" kosmik laboratoriyası orbiti tərk edib

Çinin "Tyanqun-2" kosmik laboratoriyası iyulun 19-da orbiti tərk edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Çin Xalq Respublikasının Pilotlu Uçuşlar Proqramı yayıb.

Məlumatda deyilir ki, kosmik aparat atmosferin qalın qatlarında yanacaq və onun ayrı-ayrı parçaları Sakit okeanın cənub hissəsinə düşəcək.

Çəkisi 8,6 ton olan "Tyanqun-2" kosmik laboratoriyası 2016-cı il sentyabrın 15-də Yer kürəsinin ətrafındakı kosmik məkana göndərilib. Onun uzunluğu 10,4 metr, diametri isə 3,35 metrdir. "Tyanqun-2" kosmosda elmi-texniki sınaqlar həyata keçirib və iki illik istifadə müddəti başa çatıb.